İdman

“Araz-Naxçıvan” bosniya və herseqovinalı futbolçu transfer etdi

Sharing is caring!


Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” növbəti oyunçu keçidini həll edib.

Muxtar Respublika təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.

1,78 m boya malik 27 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Modriça Maksima”, “Zvijezda”, “Banya Luka”, “Drina Zvornik”, “Mladost Kakanj”, “Sarayevo” klublarının formasını geyinib. O, legioner kimi müxtəlif illərdə Serbiyanın “Yaqodina”, Belçikanın “Muskron”, Sloveniyanın “Rudar Velenye” və “Çelye” klublarının heyətində çıxış edib. Ötən mövsümü “Tuzla Siti”də keçirən Kuzmanoviç 2023-2024-cü il mövsümündə “Araz-Naxçıvan”ın formasını geyinəcək. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir