Dünya

Ərdoğan: “Taxıl sazişi”nin dondurulması bahalaşmaya, aclığa və miqrasiya dalğasına səbəb olacaq”

Sharing is caring!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi” ətrafında yaranmış mürəkkəb vəziyyətlə bağlı Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağa hazırlaşdığını açıqlayıb.

R.T.Ərdoğan Türkiyə mətbuatına verdiyi açıqlamada həyəcan təbili çalıb.

“Taxıl sazişi”nin dondurulması dünyada ərzaq qiymətlərinin bahalaşmasından başqa, aclığa və bunun nəticəsi olaraq yeni miqrasiya dalğalarının ortaya çıxmasına səbəb olacaq. Düşünürəm ki, biz cənab Putinlə bu məsələni ətraflı müzakirə edəcəyik və bu humanitar sazişin işə düşməsini təmin edəcəyik. Biz bilirik ki, Vladimir Putinin Qərb ölkələrindən müəyyən gözləntiləri var. Qərb dövlətləri də bu məsələdə hərəkətə keçməlidir”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Türkiyə lideri bəyan edib ki, Ankara diplomatiyanın bütün vasitələrindən istifadə edərək “Taxıl sazişi”nin həllinə nail olmağa çalışacaq.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir