Dünya

42 yaşlı qadın 222 saat sonra dağıntılar altından xilas edildi – VİDEO

Sharing is caring!

Türkiyəni silkələyən zəlzələ fəlakətinin 10-cu günündə ümid verən xəbərlər gəlməyə davam edir. Belə ki, Kahramanmaraş şəhərində yeddimərtəbəli binanın dağıntıları altında qalan 42 yaşlı Melike İmamoğlu 222 saat sonra xilas edilib.

Məlumata görə, həmin binada zərərçəkənin üç qohumu həlak olub, daha iki qohumundan isə xəbər yoxdur.

Qeyd edək ki, bundan əvvəl Adıyamanda 77 yaşlı qadın xilas edilib. Dağıntılar altında 212 saatını keçirən Fatma Güngör hazırda xəstəxanaya yerləşdirilib.

Mənbə: Hürriyet

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir