Dünya

Korsikalılar kimliklərinin bir hissəsi olan ana dillərinin tanınmasını tələb edirlər – FOTO

Sharing is caring!

Korsika dilinin fransız dili ilə ortaq rəsmi olması uzun illər təkcə millətçilərin deyil, həmçinin adanın rəhbərliyinə seçilənlərin də tələbi olub. Korsika dilinin fransız dili ilə eyni şəkildə tanınması hazırkı millətçi tələblərin əsasını təşkil edir. Korsika adasında ikidillilik ideyası hələ 1980-ci illərin sonunda sosiolinqvist Jan-Batist Marselesi tərəfindən nəzəriyyələşdirilib.

AZƏRTAC xəbər verir ki, seçki kampaniyası çərçivəsində ilk dəfə adaya səfər edən Emmanuel Makron Regional Dillər üzrə Avropa Xartiyasının ratifikasiyasını üzərinə götürməsinə baxmayaraq deyib: “Respublikanın dili fransız dilidir və bu, Konstitusiyamızda təsbit olunub. Bu dəyişməməlidir”. Bununla da regional Korsika dili ilə bağlı millətçilərin tələbinə son qoyub.

2018-ci ildə adaya səfəri zamanı Emmanuel Makron sağlamlıq, təhlükəsizlik və işsizliklə bağlı problemləri gündəmə gətirib. O, muxtariyyət tərəfdarlarının və separatçıların bütün iddialarını yenə bir kənara atıb.

Makron 2019-cu ilin aprelində Korsika merləri ilə görüşü zamanı müzakirələrə xüsusi bir vurğu ilə son qoyub. “Bu gün Korsika kimliyi uğrunda mübarizə aparanlar keçmiş siyasəti xatırlamalıdırlar. Xüsusilə də Korsika meri Erinyakın qətlinə görə təəssüflərini ifadə etməlidirlər”.

Makronun bu fikirləri millətçilərin qəzəbinə səbəb olub. Müstəqillik tərəfdarları isə Korsika dilinin ada administrasiyasında istifadəsinin mərkəz tərəfindən qəbul edilməsini gözləyirlər. Dil kimliyin bir hissəsi olduğundan, ada sakinləri kimliklərinin tanınması üçün dillərinin də tanınmasını tələb edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir