Xarici siyasət

“Rusiya və Belarus ordusu Ukraynaya hücum edir”

Sharing is caring!

“Ukraynanın Rusiya və Belarusla olan dövlət sərhədi Belarus Silahlı Qüvvələrinin dəstəyi ilə rus qoşunları tərəfindən hücuma məruz qalıb”.

Xəbəral.az xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Dövlət Sərhəd Xidməti yayıb.

Bildirilib ki, Luqansk, Sumı, Xarkov, Çerniqov və Jitomir vilayətləri daxilində artilleriya, ağır texnika və atıcı silahlardan istifadə edilməklə, sərhəd bölmələri, sərhəd patrulları və keçid məntəqələrinə hücumlar həyata keçirilir.

Sərhəd Xidməti Ukrayna ərazisinin Krım tərəfindən də atəşə tutulduğunu açıqlayıb.

“Sərhəddə vəziyyətdən asılı olaraq, sərhədçilər Ukrayna Silahlı Qüvvələri və Ukrayna Milli Qvardiyası ilə birlikdə düşmənə atəş açır”, – deyə məlumatda vurğulanıb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir