İdman

“Qızıl top”un veriləcəyi tarix məlum oldu

Sharing is caring!


2023-cü il üçün “Qızıl top” mükafatının təqdim ediləcəyi tarix müəyyənləşib.

İlin ən yaxşı futbolçusuna veriləcək mükafat oktyabrın 30-da sahibini tapacaq. Mərasim Fransanın paytaxtı Parisdəki “Şatle” teatrında təşkil olunacaq.

Kişilər arasında 30, qadınlar arasında isə 20 nəfərlik namnizəd siyahısı sentyabrın 20-də açıqlanacaq.

“Qızıl top”un son sahibi bir neçə gün öncə “Real Madrid”dən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçən Kərim Benzemadır.

Mənbə: France Football

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir