Cəmiyyət

Bakıda yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb

Sharing is caring!


Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Suraxanı rayonunda qeydə alınıb. “Toyota Prius” markalı avtomobolin sürücüsü idarəetməni itirərək maşını “Mercedes” markalı avtomobilə çırpıb.

Hadisədə iki nəfər xəsarət alıb. Yaralılar əraziyə çağırılmış təcili yardım avtomobili ilə xəstəxanaya aparılıblar.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir