Cəmiyyət

Diləndirilən dörd yaşlı qız barədə ürəkağrıdan TƏFƏRRÜAT: İki qardaşının ömrünə narkotik son qoyub – FOTO

Sharing is caring!


“Sığınacağa yerləşdirilən dörd yaşlı qız qaraçı ailəsində böyüyüb. Anası onu dilənməyə məcbur etdiyinə görə valideyn hüququnun məhdudlaşdırılması müzakirə olunur”.

Bu barədə Oxu.Az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. O qeyd edib ki, ailənin dörd övladı olub və ikisi zərərli vərdişlərdən dünyasını dəyişib:

“Dəfələrlə bu uşağın diləndirilməsinə şahid olanlar bizə müraciət etmişdilər. Amma əlimizdə əsas olmadığından addım ata bilmirdik. Bu dəfə isə onun diləndirildiyini təsdiqləyən fotosu bizə göndərildi. Aidiyyəti üzrə müraciət etdik, hüquq-mühafizə orqanları müvafiq tədbir gördülər. Qızın ailəsi Yevlax rayonundandır. Uşaq hazırda bizim sığınacaqdadır. Bacısı və anası tərəfindən davamlı diləndirildiyinə görə valideyn hüququnun məhdudlaşdırılması ilə əlaqədar addım atılması artıq zəruri hala çevrilib.

Ailədəki digər uşaq yaşca böyükdür – 14 yaşı var. Bizdə olan məlumata görə, qızcığazın iki qardaşı narkotik aludəçisi olub və bundan vəfat edib. Atası da narkotik maddələrin qurbanı olub, həyatda yoxdur. Ana və iki qız uşağı birlikdə yaşayırdılar. Azyaşlını dilənməyə məcbur edən də anası və bacısıdır”.

Xatırladaq ki, ötən gün Bakıda, metronun “Neftçilər” stansiyası yaxınlığında diləndirilən dörd yaşlı uşaq sığınacağa təhvil verilib.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir