İdman

“Beşiktaş” “Sabah”ın dəvətinə cavab verdi: “Salam, can qardaş” – FOTO

Sharing is caring!


Türkiyənin “Beşiktaş” futbol klubu Azərbaycanın “Sabah” klubuna sosial şəbəkə vasitəsilə cavab verib.

“Salam, can qardaş. Dəvətiniz üçün çox təşəkkür edirik. Azərbaycandakı qardaşlarımızla zəlzələdən zərər görmüş insanlara yardım məqsədilə keçiriləcək matç üçün Bakıya gəlməkdən böyük sevinc hissi duyarıq”, – İstanbul komandasının “Twitter” səhifəsindəki paylaşımında yazılıb.

Xatırladaq ki, bundan öncə “Sabah” zəlzələdən zərərçəkənlərə yardım məqsədilə “Beşiktaş”ı xeyriyyə oyunu keçirmək üçün Bakıya dəvət edib.

Məlumata görə, iki komanda şənbə günü, mayın 13-də, saat 18.00-da Tofiq Bəhramov adına stadionda üz-üzə gələcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir