Cəmiyyət

Məşhur idmançılardan yeddi yaşlı uşağın ölümünə sərt REAKSİYA – YENİLƏNİB + VİDEO

Sharing is caring!


Məşhur idmançılar Sumqayıtın idman məktəblərinin birində sambo məşqçisi Mehman Xəlilovun həyatını itirən yeddi yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədməsi ilə bağlı fikir bildiriblər.

Qeyd edək ki, əvvəlcə hadisənin təsadüf nəticəsində baş verdiyi deyilsədə, məşq prosesinin əks olunduğu görüntülərdən məlum olur ki, özünü sambo müəllimi adlandıran şəxsin təlim metodikası qəddar üsullardan ibarətdir.

Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli mövzu ilə bağlı bildirib ki, sözügedən görüntülərə baxdıqca dərin üzüntü keçirib:

“Çox ağır görüntülər idi. Məşqçinin uşaqlara qarşı belə bir vəhşilik etməsi, düzgün deyil”.

Sərbəst güləş üzrə Dünya və Avropa çempionu Hacı Əliyev açıqlamasında qeyd edib ki, bu kimi hərəkətlər nə idmançıya, nə də məşqçiyə yaraşmır:

“Bu vəhşilikdir, başqa heç nə deyə bilmirəm”.

Daha ətraflı Baku TV-nin süjetində:

20:07

“İdman statusu olan insan belə hərəkət etməz”.

Bu sözləri MMA döyüşçüsü Tofiq Musayev 7 yaşlı Fərid Bakarovun ölümündə təqsirləndirilən məşqçi Mehman Xəlilovla bağlı deyib.

O bildirib ki, bu idmana və idmançıya zidd olan hərəkətdir.

“Mən özüm də məşqçilərin yanında böyümüşəm, amma belə davranış görməmişəm”, – deyə MMA döyüşçüsü qeyd edib.

Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir