Siyasət

İlham Əliyev və İrakli Qaribaşvilinin görüşündə müzakirə edilən məsələlər məlum olub

Sharing is caring!


Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ölkələr arasında strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Bu barədə Gürcüstanın hökumət administrasiyası xəbər yayıb.

Məlumata görə, görüşdə iki ölkə arasında çoxəsrlik, mehriban qonşuluq, dostluq münasibətlərinə əsas diqqət yetirilib, eləcə də Azərbaycanın Gürcüstanın aparıcı ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.

Gürcüstan və Azərbaycan arasında mühüm layihələr müzakirə olunub ki, bura Orta Dəhlizin inkişaf perspektivləri, dəmir yolunun təkmilləşdirilməsi, limanların və avtomobil yollarının genişləndirilməsi daxildir.

Baş nazirin sözlərinə görə, Şərq-Qərb sürətli avtomobil yolunun tikintisi və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi iki ölkənin nəqliyyat potensialını daha da gücləndirəcək.

Gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa-Qafqaz-Asiya dəmir yolu dəhlizinin bir hissəsinə çevriləcəyi vurğulanıb. Genişmiqyaslı layihənin – Qara dənizdə sualtı kabelin keçirilməsinə xüsusi diqqət yetirilib.

Mənbə: Sputnik Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir