İdman

Konfrans Liqası: “Qarabağ”ı mübarizədən kənarlaşdıran komanda Türkiyə klubuna rəqib oldu

Sharing is caring!

UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürüb.

Türkiyə təmsilçilərindən “Sivasspor” “Fiorentina”ya, “Başakşehir” isə pley-offda “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent”ə rəqib olublar.

Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.

UEFA Avropa Konfrans Liqası

1/8 final mərhələsinin püşkatması

AEK (Larnaka, Kipr) – “Vest Hem” (İngiltərə)

“Fiorentina” (İtaliya) – “Sivasspor” (Türkiyə)

“Latsio” (İtaliya) – “AZ Alkmaar” (Niderland)

“Lex” (Polşa) – “Yurqorden” (İsveç)

“Bazel” (İsveçrə) – “Slovan” (Slovakiya)

“Şerif” (Moldova) – “Nitsa” (Fransa)

“Anderlext” (Belçika) – “Vilyarreal” (İspaniya)

“Gent” (Belçika) – “Başakşehir” (Türkiyə)

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir