İdman

AFFA Premyer Liqanın dörd klubunu cərimələdi

Sharing is caring!

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasının xəbərinə görə, toplantıda futbol üzrə Azərbaycan Premyer Liqasının XXIII turunda yaşananlara hüquqi qiymət verilib.

“Kəpəz” – “Şamaxı” oyununda Gəncə klubunun topdaşıyanları topları oyunçulara ötürərkən vaxtı uzatdıqlarına görə kluba xəbərdarlıq edilib.

“Neftçi” – “Səbail” oyununda qonaq komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyinə görə klub 4000 manat cərimə edilib.

“Neftçi” – “Səbail” oyunundan əvvəl meydançanın vaxtında sulanmamasına görə meydan sahibi kluba xəbərdarlıq edilib.

“Sabah” – “Turan Tovuz” oyununda Tovuz klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.

“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılmasına görə klub 1600 manat cərimə olunub.

“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozaraq hakimə etiraz etdiyinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılıb, klub 1600 manat cərimə edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir