Cəmiyyət

Sumqayıtdan Türkiyəyə növbəti yardım göndərilib – FOTO/VİDEO

Sharing is caring!

Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.

APA xəbər verir ki, bu gün Sumqayıtdan növbəti dəfə qardaş ölkəyə yardım göndərilib.

Şəhərdəki “Kimyaçılar” sarayının qarşısından hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan növbəti altı ədəd modul tipli ev və 91 000 AZN dəyərində olan zəruri humanitar yardım Türkiyəyə yola salınıb.

Bununla da son 10 gün ərzində Sumqayıtdan 21 modul tipli ev, altı kabinəli bir sanitar qovşağı və 812 min manat məbləğində zəruri humanitar yardım göndərilib.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, modul tipli evlər boş deyil, humanitar yardımla doldurularaq göndərilir.

Qeyd edilib ki, Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb. Hadisə baş verən ilk gündən sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənir və qablaşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir