İdman

Boris Bekker barədə sənədli film yayımlanacaq

Sharing is caring!

Böyük Britaniyanın İTV telekanalı Boris Bekker haqqında sənədli film nümayiş etdirəcək.

Ekran əsəri “Boris Bekkerin yüksəlişi və enişi” adlanır.

Qeyd edək ki, vaxtilə dünyanın bir nörməli tennisçisi olmuş almaniyalı altı Böyük Dəbilqə turnirinin qalibi, ikiqat Devis Kubokunun qalibi, 1992-ci il cütlüklərdə Olimpiya çempionu olub. 2003-cü ildə onun adı Beynəlxalq Tennisin Şöhrət Zalına yazılıb.

Xatırladaq ki, aprel ayında London məhkəməsi Bekkeri müflisləşmə qanununu pozmaqda və aktivlərini gizlətməkdə təqsirli bilərək ona 2,5 illik həbs cəzası verib.

Mənbə: sports.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir