Dünya

ABŞ-da nəhəng ayı evin altında özünə yuva qurub – VİDEO

Sharing is caring!

ABŞ-ın Kolorado ştatının Parklar və Vəhşi Təbiət Departamentinin mütəxəssisləri Duranqo bələdiyyəsi sakininin evinin altında yuva salmaq qərarına gələn böyük bir ayını ərazidən uzaqlaşdırıblar.

İdarənin əməkdaşı Con Livinqston sosial şəbəkələrdə heyvanın ibtidai məktəbin yanında yerləşən yaşayış binasının altından necə çıxarıldığını əks etdirən foto və videolar paylaşıb.

O bildirib ki, ayını evin altından çıxarıb yük maşınına salmaq üçün trankvilizator və beş nəfərin köməyi lazım olub.

Livinqston sözlərinə görə, ayının ən azı on yaşı var və təxminən 180 kiloqram ağırlığındadır.

Heyvana mikroçip implantasiya edilib və o, ərazidən 100 kilometr uzaqlaşdırılaraq vəhşi təbiətə buraxılıb.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir