Dünya

Ərini öldürməkdə təqsirləndirilən alman konsul Braziliyadan vətəninə qayıdıb – FOTO

Sharing is caring!

Ərini öldürməkdə ittiham olunan alman konsul Uve Herbert Hann (cinsi azlıq nümayəndəsi) Braziliyadan vətəninə qayıdıb.

Məlumata görə, Rio-de-Janeyro prokurorluğu tərəfindən belçikalı Valter Henri Maksimilian Biotu öldürməkdə ittiham olunan Hann üç gün əvvəl heç bir məhdudlaşdırıcı tədbir görülmədən azadlığa buraxılıb.

Qeyd edək ki, avqustun 7-də Braziliya polisi Hannı qətldə şübhəli bilinərək saxlayıb. Müstəntiqlər konsulun ifadəsində və Biotun ölümü ilə bağlı məhkəmə-tibbi ekspertizasının ilkin nəticələrində uyğunsuzluq aşkar ediblər. Məlum olub ki, ölümə səbəb kəllə-beyin travması olub.

Biotun ölümü avqustun 5-də baş verib. Hann təcili yardım çağıraraq ərinin özünü pis hiss etdiyini və yerə yıxıldığını bildirib. Həkimlər gələndə o ölüb. Konsul qeyd edib ki, yuxu həblərinin böyük miqdarda spirtlə eyni vaxtda istifadəsi ölümə səbəb ola bilər. Lakin həkimlər tezliklə mərhumun bədənində xəsarətlər aşkar ediblər.

Mənbə: G1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir