Dünya

İki həftə dağlarda itən səyyah salsa sousunun hesabına sağ qala bilib

Sharing is caring!

Kaliforniyadan olan cütlük itkin düşərək iki həftə dağlarda qalan adamı taparaq onun həyatını xilas ediblər.

Səyyahı Çilinin San Bernardo şəhərinin yaxınlığında yerləşən dağlıq ərazidə itkin düşüb.

Cütlük onun qışqırıqlarını eşidib və səs gələn istiqamətə hərəkət edib.

İtmiş səyyah iki həftə ərzində yarım qutu salsa sousu və bulaqlardan içdiyi su ilə qidalanmalı olub. O, hətta soyuqdan qorunmaq üçün özünə kiçik bir ev də tikib.

“Uzun müddət gəzdiyindən və soyuqdan ayaqları şişmişdi, yeriyə bilmirdi”, – deyə açıqlama verən Elisson Skot bildirib.

Onun sözlərinə görə, kişini tapdıqdan sonra polisə müraciət ediblər və 15 dəqiqədən sonra hadisə yerinə xilasedici helikopter gəlib.

Səyyah hətta onu tapan cütlüyə pul da təklif etdi, lakin Kaliforniyadan olan cütlük bundan imtina edib.

Mənbə: Daily Mail

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir