Siyasət

Prezidentin təltif etdiyi 21 qadına dövlət mükafatları təqdim edilib – FOTO

Sharing is caring!

Azərbaycan Prezidentinin sərəncamı ilə təltif edilmiş qadınlara dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

“Report” xəbər verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, deputat Hicran Hüseynova və ölkənin ictimai-siyasi həyatında fərqlənən bir sıra qadınlar iştirak ediblər.

Daha sonra F.Əliyeva Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı təbrik məktubunu oxuyub.

Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında bildirib ki, ölkənin ictimai həyatında yaxından iştirak edən 21 qadın Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib:

“Düşünürəm ki, bu onların həyatında ən əlamətdar günlərdən biridir. Bu həmin şəxslərin fəaliyyətinə verilən dəyərdir. Həmçinin gələcəkdə daha geniş işlərə ruhlandırmaq üçün etimaddır. Son üç ildə 47 qadın dövlət mükafatlarına layiq görülüb. Bu, Azərbaycan qadınlarına verilən qiymətdir. Onların Azərbaycan cəmiyyətində, dövlətin ictimai həyatında rolunun artırılmasına, daha çox cəmiyyət üçün çalışmasına, müxtəlif dəyərlərin bərqərar olmasına ruhlandırmaqdır. Sizi əmin edirəm ki, Dövlət Komitəsi olaraq bundan sonra da bütün Azərbaycan qadınları ilə birgə dövlətə, xalqa faydalı olmaq üçün çalışacağıq”.

Sonda təltif olunan qadınlara mükafatlar təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir