Cəmiyyət

Psixotrop maddə istifadə edənlər yalan danışmağa meyilli olurlar – AÇIQLAMA

Sharing is caring!

“Daha çox boşanmış ailələrdə və yeniyetmələr arasında psixotrop maddələrdən istifadə halları var. Psixotrop maddə istifadə edən şəxslər ilk növbədə yalan danışmağa meyilli olurlar”.

Oxu.Az xəbər verir ki, bu barədə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, psixotrop maddə istifadə edən şəxslər bir müddət sonra halsız olurlar:

“Yeniyetmələrdə davranış pozuntusu müşahidə edilir. Orta məktəbdə oxuyan uşaqlar sinif yoldaşları ilə dalaşır, ailədə valideynlərə cavab qaytarırlar. Dərslərdən qaçırlar. Eyni zamanda qəbul etdikləri psixotrop maddələrin təsiri onların fiziki görünüşünə də təsir edir. Əzgin, halsız, yuxulu bir vəziyyətdə olurlar, eyni zamanda xəstəhal görünürlər. Bu kimi nüanslar müşahidə edən valideynlər ehtiyatlı olmalıdırlar. Dərhal ixtisaslı həkimlərə müraciət etməlidirlər”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir