Dünya

Anqolanın hazırkı prezidenti ikinci müddətə seçildi

Sharing is caring!

Anqolada keçirilən ümumxalq seçkilərində bütün səslər hesablandıqdan sonra ölkənin hakim partiyası Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı (MPLA) və onun lideri, prezident Joao Manuel Qonsalveş Lourensu qalib gəlib.

Bu barədə Anqolanın seçki komissiyası məlumat yayıb.

Səslərin 100% hesablanmasından sonra hakim partiya 51,17% səs toplayıb. Partiya Xalq Assambleyasında 220 yerdən 124-nü, onun lideri isə prezidentlik postunu qazanıb.

Anqolanın Tam Müstəqilliyi Naminə Milli Birlik (UNITA) müxalifət partiyası 43,95% səs qazanaraq ölkə parlamentində 90 yer əldə edib.

Bundan əvvəl partiya nümayəndələri səslərin yenidən hesablanması üçün komissiyanın yaradılmasını istəyiblər. Onlar həmçinin seçki saxtakarlığına dair sübutların olduğunu iddia ediblər.

Anqolada ümumi seçkilər avqustun 24-də keçirilib. Ölkə qanunvericiliyinə görə, seçkilərdə birinci yeri tutan partiyanın lideri ölkə prezidenti olur.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir