MARAQLI

Öpüşməyin möcüzəvi faydaları

Sharing is caring!

Öpüşmək sevgini və yaxınlığı ifadə etmənin ən asan və ən gözəl yoludur. Lakin, demə, öpüşmənin hissləri ifadədən başqa, sağlamlığımıza da ciddi və  müsbət təsir varmış.

Xəbəral.az xəbər verir ki, öpüşənlər bunun  min bir faydasını görürmüş.

Bunardan 10 ən faydalısını təqdim edirik:

Hər səhər həyat yoldaşını vəya sevgilisini  öpərək işə yola salan insanlar digərlərinə nisbətən 5 il daha artıq yaşayırlar.Öpüşmək və öpmək özünə inam  üçün çox yaxşı vasitədir. Özünüzü xoşbəxt və rahat hiss etmək üçün hər gün ən azı 1 dəfə öpüşün.Öpüşmək kalori yandırmaq baxımından da xeyirlidir. Öpüşərək hər dəqiqəyə 2-3 kalori yandıra bilərsiniz. Bu zaman metobolizmanın sürəti  2 qat artır. Araşdırmalara görə, gündə 3 dəfə ən az 20 saniyə öpüşən insanlar 200-300 qram çəki atmış olurlar.Öpüşmək bədəndəki bütün stresləri yox edir, gərginliyi azaldır və özünüzü yaxşı hiss etmənizə  səbəb olur. Tibbi araşdırmalar sübut edib ki, öpüşmək stres hormonu olan “kortisol”un aktivləşməsini də azaldır.Öpüşmə zamanı üzdə olan 30 əzələ işə düşür. Bundan əlavə öpüşmə vaxtı qanın sürəti artdığı üçün, vaxtından tez  qocalmanın da qarşısı alınır.Öpüşmək ürək üçün də faydalıdır. Adrenalin yaratdığı üçün hüceyrələrə oksigen daha çox gedir. Tez-tez öpüşən cütlüklərdə şəkərin və təzyiqin daha normal olduğu aşkarlanıb.Tez-tez öpüşən adamlarda mədə-bağırsaq və qan infeksiyaları daha az hallarda rast gəlinir. Tərəflərin bir-birinə ötürdükləri xeyirli bakteriyalar sayəsində immun sistemi güclənir.Öpüşmə vaxtı tüpürcəkdə olan gizli antibiotiklər bir-birinə ötürülür. Bundan başqa, tüpürcəkdə ağrını azaldan təbii ağrıkəsicinin olduğunu da xatırlatmaq yerinə düşər.Öpüşmək narahatlığı azaldır və rahatlıq gətirən hormonların aktivləşməsinə səbəb olur.Öpüşmə vaxtı meydana gələn endorfin maddəsinin morfidən 200 qat daha güclü olduğu da sübut edilib.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir