Dünya

Madaqaskarda polis nümayişi dağıdarkən 14 nəfəri güllələyib

Sharing is caring!

Bazar ertəsi Madaqaskarın cənub-şərqində polisin etirazçı kütləni dağıtması nəticəsində azı 14 nəfər ölüb, 28 nəfər yaralanıb.

Hadisə ölkənin İkonqo bölgəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, polis kütləyə atəş açıb.

Yerli “Tanqo” xəstəxanasının baş həkimi Oskar Toki bildirib ki, 9 nəfər yerindəcə, qalanları isə tibb müəssisəsində dünyasını dəyişib.

Məlumatına görə, etiraza səbəb adam oğurluğu halları olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir