Dünya

Fırıldaqçılar Türkiyədə hotellərdə pulsuz dincəlməyin yolunu tapıblar

Sharing is caring!

Fırıldaqçılar Türkiyədə hotellərdə pulsuz dincəlməyin yolunu tapıblar.

Bu barədə “Turprom” Türkiyə mətbuatına istinadən yazır.

Nəşrin məlumatına görə, fırıldaqçılar “indi istirahət et, sonra ödə” xidmətinin variasiyası olan “poçtla ödəmə” (Mail Order) adlanan pul köçürmə sistemindən istifadə edirlər.

Həmin şəxslərin əsasən avropalılar, ilk növbədə britaniyalılar oluğu qeyd edilir.

Fırıldaqçılar “Mail Order” ödəmə opsiyasından istifadə edərək hotel bron edir, Türkiyədən qayıtdıqdan sonra isə ödənişdən imtina edirlər. 3-4 aydan sonra bank tərəfindən göndərilən ödəniş tapşırığına cavab olaraq banka heç bir hoteldə qalmadıqlarını bildirirlər.

Bu vaxta qədər yerləşdirmə obyektləri turistin gəlişi faktını sübut edə bilmir, çünki orada quraşdırılan videokameraların çəkilişləri bir aydan sonra təmizlənir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir