Cəmiyyət

Hava ilə bağlı əhaliyə daha bir xəbərdarlıq: “Tez-tez maye qəbul edin, günvurmadan qorunun”

Sharing is caring!


Hava şəraiti ilə bağlı əhaliyə daha bir xəbərdarlıq edilib.

“Report”un xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov açıqlama verib.

Onun sözlərinə görə, həftə sonunadək Abşeron yarımadasında havanın temperaturunun 37-40 dərəcə olacağı gözlənilir:

“Yüksək temperatur, durğun hava şəraitində bürkü yarana bilər. Şəhər mühitində gecə saatlarında havanın temperaturunun normadan yüksək olacağı gözlənilir. Bu günlərdə tez-tez maye qəbul etmək, baş örtüklərindən, çətirlərdən istifadə edərək günvurmadan qorunmaq lazımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir