Cəmiyyət

Şəkidəki kütləvi zəhərlənmə ilə bağlı “Azərsu”dan AÇIQLAMA

Sharing is caring!

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində sakinlərin sudan zəhərlənməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq sudan götürülən nümunələrin nəticələri açıqlanıb:

“Qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar. Suyun həm fiziki-kimyəvi, həm də mikrobioloji göstəriciləri standartlar çərçivəsindədir. Yəni, heç bir kənarlaşma müşahidə olunmayıb”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir