Kriminal

Masallı sakinində narkotik aşkarlanıb – FOTO

Sharing is caring!




Masallı Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinində 10 kiloqram narkotik aşkarlayıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Xudaverdiyev saxlanılıb. Onun əlindəki çuvaldan 10 kiloqramdan artıq heroin, metamfetamin və marixuana aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə V.Xudaverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir