İdman

“Ən-Nəsr”in baş məşqçisi Superkubok matçında Ronaldunun qırmızı vərəqə almasından danışıb – VİDEO

Sharing is caring!




“Ən-Nəsr”in baş məşqçisi Luis Kastro Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinal mərhələsinin “Əl-Hilal”la oyununda (1:2) hücumçu Kriştianu Ronaldunun qırmızı vərəqə alaraq meydandan qovulması ilə bağlı qalmaqallı epizoddan danışıb.

“Rəqib Kriştianu ilə təmasdan istifadə edərək sifətinə vurulan zərbədən şikayətləndi. Mən təkrarı gördüm və oyunçunun üzünə toxunma olmadı. Hakim, fikrimcə, rəqibin teatral davranışına görə qırmızı vərəqə verdi”, – deyə Kastro bildirib.

Xatırladaq ki, 86-cı dəqiqədə Ronaldu rəqibinə dirsək vurduğuna görə birbaşa qırmızı vərəqə almışdı. Portuqaliyalı meydandan qovulduqdan sonra kapitan sarğısını partnyoruna tərəf atıb, arxasını hakimə çevirərək meydanı tərk edib.

Mənbə: Championat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir