Siyasət

Ermənistan parlamentində Azərbaycanla sərhədin delimitasiyası məsələsi müzakirə ediləcək

Sharing is caring!




Ermənistan parlamenti müxalifət partiyalarının fraksiyalarının təşəbbüsü ilə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası məsələsini müzakirə edəcək.

Bu barədə parlamentin spikeri Alen Simonyan məlumat verib.

“Sessiyanın gündəliyinə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı müzakirələrin aparılması məsələsi daxildir”, – deyə o bildirib.

“Ermənistan” hərəkatının fraksiyasından verilən məlumata görə, bu məsələnin müzakirəsi hakim Vətəndaş Sazişi Partiyasının tələbi ilə bağlı qapılar arxasında keçiriləcək. Məruzəçilər qismində baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan çıxış edəcəklər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir