Cəmiyyət

Balakən sakini dörd ildir ki, aliment ala bilmədiyini iddia edir – VİDEO

Sharing is caring!


Balakən rayonu, Qullar kənd sakini Gülmira Rüstəmova dörd ildir ki, aliment ala bilmədiyini iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, o, 2017 ci ildə ailə həyatı quraraq Kortala kəndinə gəlin köçüb.

Gülmira Rüstəmova ailə həyatına cəmi bir il tab gətirə bilib. İddialarına görə, şiddət və imkansızlıqdan təngə gələrək boşanmaq yolunu seçib.

Gülmira Rüstəmova iddia edir ki, o, qarşı tərəfdən müxtəlif vaxtlarda 15, 20 bəzən də 30 manat məbləğində ödənişlər ala bilib. 2022 ci ildə yenidən ailə quran qadının övladının məktəb yaşına çatması ilə əlaqədar xərcləri daha da artıb. O, alimentin ödənməsi ilə bağlı müxtəlif qurumlara müraciət etdiyini deyir.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu il quruma borclu tərəf olan valideynlərin alimenti ödəməkdən yayınması ilə bağlı 294 müraciət daxil olub. Müraciətlərlə bağlı Ədliyyə Nazirliyinə məktublar göndərilir. Məhkəmə qərarlarının icra edilməməsi özü məsuliyyət yaratdığından alimenti ödəməyən vətəndaşlarla bağlı qanunvericilikdə müvafiq inzibati tədbirlər nəzərdə tutulub.

”Bu qaydaları pozan vətəndaşlar birbaşa olaraq məsuliyyətə cəlb olunacaq. Gələcəkdə bu kimi problemlərin qarşısının alınması məqsədilə Aliment Fondunun yaradılmasına baxıla bilər. Beynəlxalq təcrübəyə əsasən bəlli səbəblərdən aliment ödənə bilinmirsə, Fond məbləği qarşılayır və daha sonra Fondla borcu ödəyə bilməyən şəxs arasında məsələyə baxılır”, – deyə Komitədən bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir