Dünya

Azərbaycanlı futbol mütəxəssisi “Barselona”nın prezidenti ilə görüşdü – FOTO

Sharing is caring!




“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan klubunun rəsmi hesabı paylaşım edib. 

Proqram çərçivəsində “Barselona” Akademiyasının – “La Masiya”nın Fiziki hazırlıq üzrə direktoru Manuel Lapuente ilə görüşən mütəxəssis gənc oyunçuların fiziki hazırlıq proqramları və onların əsas komandaya adaptasiyası haqqında təcrübələri ilə tanış olub. 

Çalışdırıcı səfər çərçivəsində “Barselona”nın B komandasının baş məşqçisi Rafael Markeslə də görüşərək fikir mübadiləsi aparıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir