Dünya

Zelenski Baydenlə danışdı – FOTO

Sharing is caring!

ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefonla danışığı baş tutub.

Bu barədə Ukrayna dövlət başçısı rəsmi “Twitter” səhifəsində yazıb.

“ABŞ-ın Ukrayna xalqına təhlükəsizlik və maliyyə sahəsində sarsılmaz dəstəyinə görə təşəkkür edirik. Biz Ukraynanın təcavüzkarı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə etdik”, – Zelenski qeyd edib.

Xatırladaq ki, bunadək iki lider arasında son danışıqlar iyunun 15-də olub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir