İqtisadiyyat

“Kapital Bank”ın 1bank fırıldaqlığı – Faizlər cibimizi necə soyur?

Sharing is caring!

Zamanənin kasıb vaxtı “Kapital Bank”da insanların əsəbləri ilə oynamaqdadır. Təsəvvür edin ki, “Kapital Bank”dan həm kredit götürən adam sevinir, həm də krediti ödəyib bu bankdan canını qurtaran. Təsəvvür edin ki, “Kapital Bank”da olan yüksək faizli kredit, dünyanın heç bir bankında yoxdur.

Bu azmış kimi, “Kapital Bank”ın 1 bankından istifadə etmək bir bəlaya çevrilib. Belə ki, “Kapital Bank” kartı vasitəsi ilə, kartdan-karta pul köcürmələri etdikdə, 10 manat göndərəndə də 1 manat faiz tutulur.

Yaxınlaşıb bankomatdan pul cıxarmaq istəyirsən, “Kapital Bank” kartında olan məbləği vermir.

Məsəl üçun bu yaxınlarda istədim 1bankımdan 70 manat pul çıxarım, mümkin olmadı. Bankomat göstərir ki, ya 50 manat çıxar, yada 100 manat. Bu o deməkdir ki, 70 manat pulu iki dəfəyə çixarmalısan və hər dəfə vətəndaşdan faiz tutulsun. Hər dəfə “Kapital Bank”ın bankomatlarında ya iri pul olmur, yada ki, xırda…

Belə çıxır ki, “Kapital Bank” bu kasıb xalqı düşünmür? “Kapital Bank”ın fikri insanların cibinə girmək, insanlardan tutduğu yüksək faizlərlə öz səhimlərini artırmaq.

İnsanların çoxu bu məcburiyyətdən başqa bankla əməkdaşlığı seçir.

İnanırıq ki, “Kapital Bank” özlərinin boş-boş reklamlarını yığışdırib, insanların ciblərinə girməkdən əl çəkəcəklər.

Xəbəral.az qarşı tərəfin mövqe haqqını tanıyır.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir