Cəmiyyət

Qazaxda üçüncü mərtəbədən yıxılan yeniyetmənin beli sınıb

Sharing is caring!

Qazax rayonunda bədbəxt hadisə nəticəsində yeniyetmə qızın beli sınıb.

“Report”un məlumatına görə, 2009-cu il təvəllüdlü Əsədova Günel Qabil qızı ehtiyatsızlıqdan yaşadığı evin 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir