İdman

İngiltərə millisinin keçmiş baş məşqçisi ağır xəstə olduğunu açıqladı: “Az ömrüm qalıb”

Sharing is caring!


İngiltərə futbol millisinin sabiq baş məşqçisi Sven-Qoran Eriksson xərçəng xəstəsi olduğunu və xəstəliyin sonuncu mərhələsində olduğunu açıqlayıb.

Eriksson maksimum bir il ömrünün qaldığını deyib.

“Hamı başa düşür ki, mənim çox ciddi xəstəliyim var. Çoxları bunun xərçəng olduğunu təxmin edir və bu həqiqətən belədir. Bacardığım qədər mübarizə aparmalıyam. Ən yaxşı halda bir il ömrüm var, ən pis halda isə bundan daha az”, – deyə o bildirib.

75 yaşlı mütəxəssis son olaraq ölkənin üçüncü divizionunda çıxış edən İsveçin “Karlstad” klubunda idman direktoru vəzifəsində çalışıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.

O, məşqçilik karyerası ərzində İsveçin “Göteborq”, Portuqaliyanın “Benfika”, İtaliyanın “Roma”, “Latsio” və “Sampdoriya”, İngiltərənin “Lester” və “Mançester Siti” klublarında çalışıb. Həmçinin İngiltərə, Kot-d’İvuar və Filippin milli komandalarına rəhbərlik edib.

Erikssonun rəhbərliyi altında İngiltərə yığması 2004-cü il Avropa Çempionatında, eləcə də 2002 və 2006-cı il Dünya Çempionatlarında iştirak edib.

Mənbə: “Sveriges Radio”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir