Dünya

Rusiyada qəzaya uğrayaraq yanan helikopterin pilotu sağ tapılıb

Sharing is caring!

Rusiyanın Stavropol diyarında qəzaya uğrayaraq yanan “Mi-2” helikopterinin pilotu sağ tapılıb.

Bu barədə Stavropol diyarının Predqornı bələdiyyəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gecə Stavropol diyarının Predqornı rayonunda “Mi-2” helikopteri qəza enişi edib. Nəticədə helikopter və qəzanın baş verdiyi ərazidə iki hektar ot sahəsi yanıb.

Hadisə yerinə gələn aidiyyəti qurumların əməkdaşları helikopterin pilotunu hadisə yerində aşkarlamamışdı.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir