Dünya

Böyük Britaniya HƏMAS və “İslami Cihad” üzvlərinə qarşı sanksiyalar tətbiq edib

Sharing is caring!


Böyük Britaniya hökuməti Fələstinin HƏMAS hərəkatı və “İslami Cihad” qruplaşması ilə əlaqəsi olan beş şəxsə qarşı sanksiya tətbiq edib.

Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

HƏMAS döyüşçüləri Həsən əl-Vardian, İsmayıl Barhum, Əhməd Oda və Zuheyr Şamla, həmçinin “İslami Cihad” üzvü Cəmil Alyan qara siyahıya salınıb.

Məhdudlaşdırıcı tədbirlərə Böyük Britaniyaya giriş qadağası, aktivləri aşkar edilərsə, onların dondurulması və silah embarqosu daxildir.

Bundan əlavə, HƏMAS-a maliyyə xidmətləri göstərən “Al Mutahadun for Exchange” şirkətinə qarşı da sanksiyalar tətbiq edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir