İdman

UEFA Avropa Liqası: “Qarabağ”ın rəqibi iştirak ərizəsini açıqladı, siyahıda Marselo da var

Sharing is caring!

UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Yunanıstanın “Olimpiakos” klubu iştirak ərizəsini açıqlayıb.

Oxu.Az xəbər verir ki, heyətdə qapıçılar – Tomaş Vatslik, Kostas Tsolakis, Atanasios-Teoloqos Papadudis, müdafiəçilər – Şime Vrsalko, Panaqiotis Retsos, Marselo, Tanasis Andrutsos, Sokratis Papastatopulos, Usseynu Ba, Qonsalo Avila, Kostas Manolas, Oleq Ryabçuk, Pape Abu Sisse, Fotios Kitsos, yarımmüdafiəçilər – Andreas Buxalakis, Yann MVila, Pyer Kunde, Matyö Valbuena, Hvanq İn-beom, Xristos Liatsos, Andreas-Rixardos Ntoi, Yannis Karakutis, hücumçular – Yussef Əl-Arabi, Marius Vrusai, Hvanq Ui-co, Yorqos Masuras, Coş Bouler, Pep Biel, Abubakar Kamara, Anastasios-Andreas Tselios və Qarri Rodriges yer alıblar.

Qeyd edək ki, “Qarabağ” klubu “Olimpiakos”a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir