Dünya

Azərbaycanlı qadın hakimlər Türkiyədə 3 oyun idarə edəcəklər

Sharing is caring!

Azərbaycanın qadın hakimləri Türkiyədə futbol oyunlarını idarə edəcəklər.

AFFA-nın rəsmi saytı xəbər verir ki, FIFA referisi Fəridə Lütfəliyeva, köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turnirinə təyinat alıblar.

Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA Hakimlər Komitəsi tərəfindən qardaş ölkəyə ezam olunan hakimlər bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya matçlarını idarə edəcəklər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir