Dünya

Britaniyalı politoloq: “Azərbaycan erməni futbolçulara qarşı alicənablıq nümayiş etdirdi”

Sharing is caring!


“Azərbaycan hakimiyyəti ölkənin dövlət bayrağını təhqir edən gənc erməni futbolçulara qarşı cinayət təqibinə son qoymaqla alicənablıq nümayiş etdirib”.

“Report” xəbər verir ki, bunu britaniyalı politoloq və jurnalist Nil Uotson deyib.

Ekspertin fikrincə, “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan erməni gənclərə qarşı cinayət təqibinin dayandırılması Azərbaycan hakimiyyətinin humanistliyini nümayiş etdirir.

N.Uotson qeyd edib ki, gənclərin hərəkətləri bütün azərbaycanlıları dərindən təhqir etməklə yanaşı, həm də Azərbaycan qanunvericiliyinin kobud şəkildə pozulmasıdır:

“Böyük Britaniyada belə bir hərəkət qeyri-qanuni və nifrətin təbliği sayılır”.

Xatırladaq ki, Azərbaycanın Dövlət Bayrağına qarşı təhqiramiz hərəkətlər törətməklə bağlı erməni futbolçular “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıblar. Lakin Azərbaycan sonradan humanizm prinsiplərindən çıxış edərək bu cinayət təqibini dayandırıb.

Belə ki, onlar 10 sutkalıq müddətə inzibati qaydada həbs ediliblər. Məhkəmə qərarı icra olunduqdan sonra həmin şəxslərin Azərbaycandan deportasiyası təmin ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir