Dünya

Dağıstanda toya gedənlər qəzaya düşdülər: Yeddi nəfər həlak oldu – VİDEO

Sharing is caring!

Rusiya Federasiyasının Dağıstanın Respublikasının Noqay rayonunda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində biri uşaq olmaqla yeddi nəfər ölüb.

Koçubey-Neftekumsk-Minvodı avtomobil yolunun 30-cu kilometrliyində 60 yaşlı şəxs “QazEL” markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn hərəkət zolağına çıxıb və yük maşını ilə toqquşub.

İlkin məlumata görə, mikroavtobusu idarə edən şəxs sükan arxasında yuxulayıb.

Qəza nəticəsində biri uşaq olmaqla yeddi nəfər hadisə yerində ölüb, daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Ölənlərin Stavropolda toya qonaq kimi gedən qohumlar olduğu dəqiqləşdirilir.

Qəzanın kimliyi və iştirakçılarının sayı dəqiqləşdirilir.

Mənbə: İzvestiya

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir