Dünya

BMT baş katibi Türkiyədə səfərdədir

Sharing is caring!

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyədə səfərdədir.

Baş katib Birgə Koordinasiya Mərkəzini ziyarət etməzdən əvvəl Zeytinburnuda yerləşən Zeyport Limanına gəlib.

Burada nümayəndə heyəti ilə görüşən Quterreş daha sonra heyətlə birlikdə yoxlanılacaq gəmiyə doğru hərəkət edib.

Yoxlamadan sonra Quterreşin nümayəndə heyəti ilə birlikdə Milli Müdafiə Universitetindəki Birgə Koordinasiya Mərkəzinə getməsi gözlənilir.

Mənbə: Habertürk

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir