Dünya

Türkiyə Ukraynada sülhə nail olmaq üçün səyləri danışıqlar yolu ilə dəstəkləməyə çağırıb – FOTO

Sharing is caring!

Türkiyə Ukraynada sülhün əldə olunmasına dair səyləri danışıqlar yolu ilə dəstəkləməyi münaqişənin həllinin yeganə yolu hesab edir.

Bu barədə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın özünün “Twitter” hesabından bildirib.

“(Ukraynadakı münaqişənin) yeganə həlli müharibəni qızışdırmaq yerinə, hamının sülhü və danışıqlar səylərini dəstəkləməsidir”, – deyə o yazıb.

İ.Kalın vurğulayıb ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın cümə axşamı Lvova səfəri Ankaranın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən çoxşaxəli diplomatik təşəbbüslərinin davamıdır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir