Dünya

Rusiyadan Türkiyəyə uçan təyyarədə tüstülənmə baş verdi – FOTO

Sharing is caring!

Rusiyanın Yekaterinburq vilayətindən Antalyaya uçan Rusiya təyyarəsində tüstülənmə olub. Hadisə “Azur Air”in təyyarəsi Türkiyə hava limanına enərkən baş verib.

Bu barədə “Aviaincident” “Telegram” kanalında məlumat verilib.

Eniş zamanı təyyarə komandiri sərnişin salonunda (kabinində) tüstülənmə olduğunu bildirib. Eyni zamanda tualet otaqlarında tüstü detektorlarının da işə düşdüyünü qeyd edib.

Buna baxmayaraq, təyyarə uğurlu şəkildə eniş edib.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir