Dünya

Dağıstanda toyda faciə: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!

Dağıstanın Tsunta rayonunda toy şənliyi zamanı faciə yaşanıb. Belə ki, beton platformanın uçması nəticəsində bir nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Bu barədə Respublika Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Tsunta rayonunun Xaşarxota kəndində toy şənliyi zamanı 41 yaşlı yerli sakinin evində beton platforma və pilləkən uçub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan 32 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 18-i xəstəxanaya yerləşdirilib. Daha sonra 59 yaşlı yerli sakin aldığı xəsarətlərdən dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.

Hadisə ilə bağlı yoxlamalara başlanılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir