Dünya

Ekvador prezidentində bədxassəli şiş aşkarlanıb

Sharing is caring!

Ekvador Prezidenti Gilyermo Lassonun sağ göz qapağında bədxassəli şiş aşkarlanıb.

Bu barədə Prezidentin Kommunikasiya Katibliyindən bildirilib.

Məlumata görə, Lassonun iyulun sonunda göz qapağından keçirdiyi əməliyyatın nəticələrinə əsasən, ona melanoma diaqnozu qoyulub.

Prezidentin mətbuat xidməti dövlət başçısının 16-21 avqust tarixlərində əlavə diaqnostika üçün ABŞ-ın Hyuston şəhərində şəxsi səfərdə olacağını açıqlayıb.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir