Dünya

Uşaqlara təcavüz edən hindistanlı keşiş həbs edildi

Sharing is caring!

Hindistanın Tamil-Nad ştatında kilsə keşişi azyaşlı qızlara təcavüz ittihamı ilə həbs edilib.

Bu barədə “India Today” məlumat yayıb.

Zərərçəkən uşaqlar hadisə barədə valideynlərinə məlumat veriblər. Valideynlər azyaşlıların müdafiəsi üzrə qurumlarla əlaqə saxlayıblar. İşlə bağlı məxfi istintaq başladılıb. Nəticədə keşiş Con Robertin cinsi təcavüzdə günahkar olduğu təsdiqini tapıb.

Keşiş həbs edilib və ona qarşı cinayət işi açılıb.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir