Cəmiyyət

YPX əməkdaşı Səfər Mehdiyevin “Gelandewagen”ini saxladı, təhqir olundu: “Nə həyasız adamsan?” – VİDEO

Sharing is caring!

Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev yol polisi tərəfindən saxlanılıb.

“Unikal”ın məlumatına görə, 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili saxlanılıb.

Bu zaman avtomobildən düşən şəxs Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.

O, YPX əməkdaşına: “Sən nə həyasız adamsan? Görmürsən, general-polkovnik Mehdiyevdir?” – sözlərini deyib. 

Qeyd edək ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir