İdman

“Qarabağ”ın zədəli futbolçuları müalicəyə yollandılar

Sharing is caring!

“Qarabağ”ın zədəli futbolçuları – Kevin Medina və Maksim Medvedev müalicə üçün ölkə xaricinə yollanıblar.

“Report”un məlumatına görə, 29 yaşlı kolumbiyalı müdafiəçi Almaniyaya, Medvedev isə Türkiyəyə gedib.

Hər iki oyunçu “Ferentsvaroş”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana aparılmayıblar.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir