Müharibə

Azərbaycan MN: Ermənistan beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə dezinformasiyalar yayır

Sharing is caring!


“Ermənistanın sosial şəbəkələrdə Silahlı Qüvvələrimizin ermənilərə məxsus mülki avtomobilləri, təcili tibbi yardım maşınlarını atəşə tutması barədə yaydığı məlumatların heç bir əsası yoxdur və bu kimi yalan məlumatlar beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə tirajlanır”.

Oxu.Az-ın məlumatına görə, bunu nazirliyin Mətbuat xidmətinin rəisi, polkovnik Anar Eyvazov keçirdiyi brifinqdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əgər belə bir hal olsaydı mövcud informasiya texnologiyasından faydalanaraq sübut etmək və yaymaq olardı:

“Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə qarşı tərəfin özləri tərəfindən planlı şəkildə bu kimi cinayətləri həyata keçirməsi və bununla Azərbaycan tərəfini ittiham etməsi ehtimalı da istisna edilmir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir